XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

02 Avqust 2018 - 15:29

İrandan gələn Azərbaycan vətəndaşının alt paltarından narkotik və psixotrop maddələr çıxdı –Gömrükdə əməliyyat

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Strateq.az Komitəyə istinadən bildirir ki, yoxlama nəticəsində, xanım vətəndaşın alt paltarında gömrük nəzarətindən gizlədilmiş narkotik vasitələr və psixotrop maddə aşkar edilib.

Aşkar edilən narkotik vasitələr – 1 bükümdə xalis çəkisi 619,1 qram heroin və 1 bükümdə 10 ədəd metadon adlı həb, psixotrop maddə isə 1 bükümdə xalis çəkisi 41,794 qram metamfetamindən ibarət olub.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı”na, metamfetamin isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı”na daxildir.

Faktla bağlı araşdırma aparılır.