XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

02 Avqust 2018 - 20:36

Kürdəmirdə sürücü həmkəndlisini maşınla vurdu –25 yaşlı gəncin vəziyyəti ağırdır

Kürdəmir rayonunda 25 yaşlı gənci avtomobil vurub. 

Hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1993-cü il təvəllüdlü Səlim Aqil oğlu Quliyevi həmkəndlisinin idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır/Report.