XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

03 Avqust 2018 - 11:05

Bakıda avtomobilin əyləc sisteminin işləməməsi qəzaya səbəb olub- Xəsarət alanlar var (VIDEO)

Səbail rayonunda iki minik avtomobili toqquşub.

“Report” xəbər verir ki, hadisə Bayıl qəsəbəsində baş verib.

Belə ki, Vüsal Əliyev idarə etdiyi 02-BT-877 dövlət nişanlı “VAZ-2107” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən qarşısına 99-AK-104 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtomobil çıxıb. V.Əliyev bu səbəbdən əyləcdən istifadə edib.

Onun “Report” a bildirdiyinə görə, bu zaman avtomaşının əyləc sistemi işləməyib. Nəticədə qəza baş verib.

Hadisə zamanı “VAZ-2107”-də olan iki sərnişin və “Daewoo”-nun sürücüsü xəsarət alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla əlaqədar əraziyə Səbail Rayon Yol Polis Şöbəsi və Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hər iki avtomobil cərimə meydançasına yerləşdirilib.

Avtotexniki ekspertiza təyin edilib. Hadisənin dəqiq səbəbləri araşdırılır.