XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

03 Avqust 2018 - 11:43

Xaçmazda yol qəzasında 5 nəfər xəsarət alıb- SİYAHI

Xaçmaz rayonunda 5 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz-Bakı yolunun Hülövlü kəndi ərazisində hərəkətdə olan avtomobilin dayanmış avtomobilə arxadan çırpılması nəticəsində 5 nəfər yaralanıb. Yaralanan şəxslər bunlardır:

Niftiyeva Şabikə Ələkbər qızı (1960),

Quliyeva Sənəm Hacıbala qızı (1947),

Cavadova Xədicə Ramazan qızı (1962),

Ağayev Nadir Şahali oğlu (1969),

Həmidova Zemfira Sərxan qızı.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər və vəziyyətləri qənaətbəxş hesab olunur.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.