XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

04 Avqust 2018 - 12:12

58 yaşlı ruhi xəstə qadın itkin düşdü- Bakıda

Bakıda ruhi xəstə itkin düşüb.

Trend-in məlumatına görə, hadisə avqustun 3-də baş verib.

Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü Səfərova Lətifə Adıgözəl qızı Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, avqustun 3-də saat 18:15 radələrində Xətai rayonu, H.Mahmudov küçəsi 15 ünvanında onunla birlikdə yaşayan 1960-cı il təvəllüdlü baldızı, ruhi xəstə olan Mustafayeva Ofelya Şahib qızı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Xətai rayon 34-cü polis bölməsində araşdırma aparılır.