XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

04 Avqust 2018 - 14:11

Bakı-Xudat marşrut avtobusu aşıb- Xəsarət alanlar var

Siyəzəndə mikroavtobus qəzaya uğrayıb.

“Report”un Şimal bürosunun verdiyi məlumata görə, Bakı-Xudat marşrut avtobusu Zarat kəndi ərazisində (81-ci kilometr) idarəetməni itirərək, yol kənarına aşıb. Nəticədə bir neçə nəfər xəsarət alıb. Onlardan bəziləri tibbi yardımdan imtina etsə də, sərnişinlərdən 1970-ci il təvəllüdlü İlqar Axundov Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır.