XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

05 Avqust 2018 - 15:47

Bakıda dənizdə çimən bacı və qardaş boğulub –FHN açıqladı

Bakıda dənizdə çimən bacı və qardaş boğulub.

Strateq.az FHN-ə istinadən verdiyi məlumata görə, hadisə Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 800 metr aralı, nəzarətsiz ərazi) baş verib.

1997-ci il təvəllüdlü Mahmudova Gülnar Əvəz qızı və Əliyev Əliağa Əvəz oğlunun (təvəllüdü dəqiqləşdirilir) cəsədləri hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.