XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

06 Avqust 2018 - 17:46

Azərbaycandan külli miqdarda xarici valyuta çıxarmaq istədilər –Gömrükdə əməliyyat

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə Respublikası vətəndaşının çamadanı rentgen aparatıyla yoxlanılarkən monitorda şübhəli predmetlərin təsviri görünüb:

“Vətəndaş saxlanılıb və sorğu-sual olunub. O, üzərində və çamadanında gömrük orqanına bəyan edilməli hər hansı əşyanın olmadığını bildirib. Lakin yoxlama nəticəsində, sərnişinin pulqabında 1700 ABŞ dolları, çamadandakı şəxsi əşyaların arasında olan yaş salfet paketinin içərisində isə 17700 ABŞ dolları aşkar edilib”.

Faktla bağlı araşdırma aparılır.