XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

06 Avqust 2018 - 21:26

Prokuror Bakıda 1 milyonluq dələduzluq edən polkovnikə cəza istəyib- Məhkəmə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında S.Şükürovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası avqustun 8-nə təyin edilib.

Qeyd edək ki, S.Şükürov, ümumilikdə, 1 milyon manata yaxın dələduzluq etməkdə təqsirli bilinir. İttiham aktına əsasən, o, İlqar Əliyevi işə düzəltmək adı ilə, Xanımbacı İsmayılovanı isə qızının cinayət işinə xitam verdirəcəyi vədi ilə aldadaraq onların pulunu dələduzluq yolu ilə ələ keçirib.

S.Şükürov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir.

Məhkəmənin hazırlıq iclasında S.Şükürovun anket məlumatları dəqiqləşdirilən zamanı məlum olub ki, o, 1958-ci ildə Sabirabad rayonunda anadan olub, hazırda Bakı şəhərində qeydiyyatdadır.

Bildirilib ki, S.Şükürov sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir. O, daha əvvəl də dələduzluqda təqsirli bilinib, bir neçə illik azadlıqdan məhrum edilib.

Xatırladaq ki, zərərçəkmiş Xanımbacı İsmayılovanın qızı Həcər Quliyeva və onun oğlu Sahib Quliyev 2016-cı ildə həbs edilib. Onlar “Bizim market” mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun şikayəti əsasında tutulub. Həmin şəxslər qohumları R.Salmanovun 4 milyondan artıq pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev 11 il, anası H.Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.