XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

07 Avqust 2018 - 10:44

Xanəndənin ölümünün təfərrüatı açıqlandı –Hadisədən əvvəl narkotik qəbul ediblər...

Bərdə rayonunda meyiti aşkar edilən xanəndənin ölümünün yeni təfərrüatı məlum olub. 

Strateq.az “Report”-a istinadən xəbər verir ki, iyulun 31-də Miryusif Mirizadə həmkarı Novruz Hüseynovun evinə qonaq gedib.

Ağcabədi rayonu Qiyamadinli kəndi ərazisində fermada yaşayan Hüseynovlar ailəsi hava isti olduğuna görə qonağa yatmaq üçün həyətdə yataq açıblar. Hər iki dost gecə taxtın üzərində yatmalı olublar. Səhərə yaxın N.Hüseynov yatılı vəziyyətdə olan dostu Miryusif Mirizadəyə mətbəx bıçağı ilə çoxsaylı zərbələr endirib. Çöldə səs-küyün gəldiyini eşidən Novruzun qardaşı Elçin heyətə çıxdığında hər tərəfin qan içində olduğunu və Miryusifin öldüyünü görüb. Bundan bir neçə dəqiqə sonra anası çölə çıxsa da bildirilib ki, Miryusifin ürəyi pis olub şəhərə dərman almağa gedirlər. Bundan sonra meyiti qardaşı ilə birlikdə avtomobilə qoyan Elçin qardaşını hadisə yerindən uzaqlaşdırsa da özü orada  qalıb. Ərazidə təmizlik işləri apararaq qan izlərini yuyub. Bununla da hadisəni gizlətməyə çalışıb.

Şahidlərin dindirilməsi zamanı məlum olub ki, həm M.Mirizadə, həm də N.Hüseynov narkotik maddə qəbul edirmişlər. Onlar hadisə baş verən gün Ağcabədi şəhərində dostları ilə birlikdə pivə içiblər. Hər iki dost daha sonra narkotik tərkibli “Spais” dərmanı qəbul ediblər.

İlkin araşdırmalara görə, N.Hüseynovun dostluq münasibətində olduğu Miryusifi öldürməsinə səbəb qısqanclıq olub. Belə ki, dostunun sənətdə ondan irəlidə olması və məclislərə daha çox dəvət alması Novruzda qısqanclıq yaradıb.

Qeyd edək ki, hadisə ilə bağlı N.Hüsrenovun qardaşı Elçin Hüseynov saxlanılıb. O, cinayəti bilib gizlətməkdə şübhəli bilinir. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətində həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, avqustun 1-də xanəndə Novruz Hüseynovun meyti Qarabağ su kanalının Ağcəbədi rayon ərazisindən keçən hissəsində aşkarlanıb. Yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadə dostu Novruz Hüseynov tərəfindən qətlə yetirilib. N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda, Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində tapılıb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda istintaq davam etdirilir.