XƏBƏR LENTİ

23 Sentyabr 2020

Digər Xəbərlər

07 Avqust 2018 - 17:25

Xızıda avtomobil dərəyə aşıb –Xəsarət alanlar var

Xızı rayonunda yol qəzası baş verib.

Hadisə Bakı-Quba yolunun rayonun Giləzi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Xızı rayonunda yüksək sürətlə hərəkət edən minik avtomobili yoldan çıxaraq dərəyə aşıb. Nəticədə üç nəfər – 1959-cu il təvəllüdlü Məhəbbət Rzabala oğlu Vəliyev, 1963-cü il təvəllüdlü Rafiq Qüdrət oğlu Quliyev və 1973-cü il təvəllüdlü Habil Fazil oğlu Musayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır/Report.