XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

07 Avqust 2018 - 18:38

Nazirlik qoruqlarda brakonyerliklə məşğul olan 5 nəfəri saxladı –SİYAHI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları iyul ayı ərzində xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında reydlər keçiriblər.

Strateq.az ETSN-ə istinadən bildirir ki, reydlər zamanı Şahdağ Milli Parkının, Qızılağac Dövlət Təbiət Qoruğunun ərazilərində brakonyerliklə məşğul olan 5 nəfər saxlanılıb: “Araşdırma zamanı qanun pozucularının Yusif Məlikov (Neftçala rayonu), Şahmur Kərumov (Masallı rayonu), Dünyabir və Raqif Nəsirov (Oğuz rayonu) olduğu müəyyən edilib və onlardan 2 ov tüfəngi götürülüb. Təqsirkarlar barəsində akt, protokol tərtib olunub və onlara, ümumilikdə, 4700 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib”.