Astarada çay fabrikindən silah-sursat tapıldı –4 ədəd avtomat, 2 ədəd bıçaq...

Astarada çay fabrikindən silah-sursat tapılıb.
Strateq.az DİN-ə istinadən xəbər verir ki, əməliyyat məlumatı əsasında Astara RPŞ və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən birgə görülmüş tədbirlərlə Pensər kəndində yerləşən, hazırda fəaliyyət göstərməyən çay fabrikinin ərazisinə baxış zamanı oradan 4 ədəd avtomat, 2 ədəd bıçaq, 1 ədəd patron darağı, əleyqaz və digər silah-sursat aşkar edilərək götürülüb.