XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

09 Avqust 2018 - 12:51

Belarus vətəndaşı Azərbaycanda saxlanıldı –Piyada ölümünə görə

Şabran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Strateq.az “Report”a istinadən  xəbər verir ki, avqustun-8-də rayon ərazisində yolun kənarında yerli sakinlər tərəfindən naməlum kişi meyiti aşkar edilib.

Meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran Rayon Şöbəsinə yerləşdirilib. Məlum olub ki, rayonun Qorqan kənd sakini, 1989-cu il təvəllüdlü Rauf Eyvaz oğlu Hacıyevi avtomobil vurub və o, hadisə yerində ölüb.

Polisin axtarışları nəticəsində onun Belarus Respublikası vətəndaşı Kuzmin Mikali Nikolayeviç olduğu aşkarlanıb və o, saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə cinayət işi başlanıb.