XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

11 Avqust 2018 - 16:31

Bakıda marşrut avtobusu aşdı:ölən var

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 10-da saat 20 radələrində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində Bakı şəhər sakini Tarıyel Rəhimov 64 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusu dərəyə aşırıb.

Avtobusda sərnişin olmayıb, sürücü xəstəxanaya aparılarkən yolda ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.