XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

11 Avqust 2018 - 16:57

Tərtərdə 17 yaşlı qız itkin düşüb- FOTO

Tərtər rayonunda 17 yaşlı qız itkin düşüb.

Bu barədə “Report”un Qarabağ bürosuna Tərtər Rayon Polis Şöbəsindən bildirilib.

Məlumata görə, Tərtər rayonunun Hüsü Hacıyev küçəsində yaşayan 2001-ci il təvəllüdlü Nuranə Rəhman qızı Əhmədova avqustun 4-ü günorta saatlarında naməlum şəraitdə evdən çıxıb və geri qayıtmayıb.

Bir neçə gündür polis əməkdaşları tərəfindən həyata keçirilən axtarışlar hələlik heç bir nəticə verməyib. Onu görən şəxslərdən aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

050-783-43-21

055-211-66-36