XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

12 Avqust 2018 - 21:38

Vladislav Listyevin qətlinin sifarişçisinin adı çəkildi –Berezovski

ORT-ın ilk baş direktoru Vladislav Listyevin “Vzglyad” proqramı üzrə tərəfdaşı Dmitri Zaxarov həmkarının qətlinin sifarişçisinin mərhum oliqarx Boris Berezovski olduğunu deyib. Musavat.com-un xəbərinə görə, o, bu barədə MixTV telekanalına müsahibəsində bildirib.

Zaxarov Listyevin öldürülməsini ORT telekanalında reklam yerləşdirilməsi monopoliyası ilə əlaqələndirib. “Kim ki, Vladın arxasında dururdu, qərara gəlib ki, 1-ci kanal kənar təşkilarların reklamlarının yerləşdirilməsinə moratorium tətbiq edir və bundan sonra bu işlə bilavasitə 1-ci kanal məşğul olacaq. Yəni dərhal məntiqi baxımdan və asanca belə bir nəticə çıxır ki, kim bundan daha çox zərər görürdü, qətli də o sifariş edib”, – “Vzqlyad”ın keçmiş aparıcısı deyib.

“Hazırda həyatda olmayan, hamımıza yaxşı tanış olan adam buna görə milyardın dörddə biri həcmdə vəsaitdən məhrum olmuşdu. O adam sonradan Londonda ya asılmış, ya da özünü asmış halda tapıldı. Yəni bu, o qədər açıq-aşkar bir məsələydi ki, orada təhqiqat aparmalıq bir şey yox idi”, – Zaxarov izah edib.

“Siz Boris Berezovskini yada saldınız”, – deyə müsahibə götürən jurnalist Zaxarovun çəkmədiyi adı səsləndirib.