XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

13 Avqust 2018 - 13:35

Şabrandakı qətlin təfərrüatı məlum olub

Şabran rayonunda baş verən qətlin təfərrüatı məlum olub.

“Report”un Şimal bürosunun məlumatına görə, 1980-ci il təvəllüdlü Vüsal Hacıyev həmyerlisi, 1982-ci il təvəllüdlü Ruslan Hacıyevi qısqanclıq zəminində qətlə yetirib.

Belə ki, R.Hacıyev evinə gələn zaman V.Hacıyevi həyətində görüb. Bu zaman V.Hacıyev həmyerlisinin həyat yoldaşı ilə şəxsi münasibəti olduğunu düşünərək ona çoxsaylı bıçaq xəsarətləri yetirib. R.Hacıyev hadisə yerindəcə ölüb.

V.Hacıyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.