XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

14 Avqust 2018 - 13:13

Sumqayıt sakininə qarşı quldurluq edən şəxslər tutuldu –Polis əməliyyatı

Quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar.

DİN-dən verilən məlumata görə, avqustun 13-də saat 15 radələrində Sumqayıt şəhəri ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər şəhər sakini R.Şirinovu bıçaqla hədələyib ondan kondisionerlərin qazla doldurulmasında istifadə edilən 2 ədəd balonu alıblar.

Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Hüseyn Həsənəlizadə və qardaşı İsmayıl Həsənəlizadə saxlanılıblar/Trend.