XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 Avqust 2018 - 19:43

Sabirabadda avtomobil atı vurub –Sürücü və çapar xəsarət alıb + FOTO

Sabirabad rayonunda avtomobil atı vurub.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, qəza bu gün axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Sabirabad rayonunun Qaragüney kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Rusiya qeydiyyatında olan “Hyundai” markalı Р 640 УН 72 dövlət nömrə nişanlı mikroavtobus atı vurub. Nəticədə atın üstündə olan Qaragüney kənd sakini, 2001-ci il təvəllüdlü Mirzağa Əbülfət oğlu İsrafilov xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yüngül xəsarət alan Rusiya vətəndaşı olan sürücüyə hadisə yerində yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.