XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

19 Avqust 2018 - 10:31

Lənkəran sakini sinəsinə dəryaz batması nəticəsində ölüb –Araşdırma aparılır

Lənkəran sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

“Report”un Cənub bürosunun məlumatına görə, Lənkəran rayon Hirkan qəsəbə sakini 48 yaşlı Quliyev Teymur Aləmşah oğlu ot biçərkən ürəktutmasında yerə yıxılıb. Yıxılarkən onun əlində olan dəryaz sinəsinə batıb. Köməksiz vəziyyətdə qalan T.Quliyev hadisə yerində keçinib. Dünyasını dəyişən T.Quliyevin epilepsiya xəstəsi olduğu bildirilir. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanıb.