XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

20 Avqust 2018 - 10:37

Rusiya Kosmik Agentliyinin rəhbərləri həbs edilib –İstintaq Komitəsi açıqlama verdi

Rusiyanın “Energiya” Raket və Kosmik Korporasiyasının direktor müavini və rəhbərliyindən daha iki nəfər dələduzluğa cəhddə şübhəli bilinərək həbs olunublar.

Rusiya İstintaq Komitəsinin avqustun 19-da bildirməsinə görə, “Energiya”nın direktor müavini Aleksei Beloborodov və onun iki köməkçisi dələduzluq cəhdində şübhəli bilinərək həbs olunublar. Rusiyanın TASS dövlət xəbər agentliyinin məlumatına görə, Beloborodov 2016-cı ildən “Energiya”da işləyir, ondan öncə 13 il orduda xidmət edib. “Energiya” Rusiya kosmik sənayesində əsas oyunçudur, “Soyuz” və “Progress” kosmik gəmilərini hazırlayır, həmçinin ballistik raketlər buraxır.

İstintaq Komitəsinin bildirməsinə görə, həbslər Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) “fəal yardımı ilə” aparılan istintaq çərçivəsində gerçəkləşdirilib.

Rusiya mediası yazıb ki, FSB “vətənə xəyanət” üzrə istintaq çərçivəsində Rusiya kosmik agentliyində bir neçə axtarış aparıb.