XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

20 Avqust 2018 - 13:41

Ötən gün Azərbaycanda 83 cinayət törədilib –20 nəfər şübhəli şəxs saxlanılıb

 

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 83 cinayət faktından 12-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin edilib. Axtarışda olduğuna görə ümumilikdə beş nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan dörd nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş yeddi yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli yeddi fakt müəyyənləşdirilib. Cinayət törətməkdə şübhəli bilinən iyirmi nəfər saxlanılıb.