XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

21 Avqust 2018 - 16:14

Göygöldə qanunsuz kömür quyuları aşkarlandı –Nazirlik iki nəfəri cərimələdi

Göygöl rayonu Toğana kəndi ərazisində kömür hazırlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə  daxil olan şikayət  Nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

Strateq.az ETSN-ə istinadən bildirir ki, araşdırma zamanı Göygöl rayonu Toğana kənd sakinləri Məzahir Qurbanov və Mamed Süleymanov tərəfindən həyətyanı torpaq sahələrində qanunsuz yolla əldə edilmiş meşə materialından kömür hazırlandığı faktı təsdiqini tapıb: “Faktla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və hər biri İnzibati Xətalar Məcəlləsinə əsasən 300 manat məbləğində cərimə edilib. Kömür quyularının ləğv olunması məqsədilə onlara icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib”.