XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

23 Avqust 2018 - 12:55

Mingəçevirdə satıcını bıçaqlayan şəxs saxlanıldı –Bazarda mübahisə

Mingəçevir şəhərində bazarda satıcını bıçaqlayan şəxs tutulub.

Belə ki, 1986-cı il təvəllüdlü Samir Vaqif oğlu Musayevi bıçaqlayan Yevlax rayonunun Bəydilli kənd sakini Nemət Kərimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Qeyd edək ki, hadisə avqustun 23-də baş verib. N.Kərimov bazarda xiyarın topdansatışı ilə məşğul olur və mütəmadi olaraq Mingəçevirdə müştəriləri bu məhsulla təmin edir. Hadisə də alqı-satqı məsələləri, məhsulun pulunun toplanılmasında yaranan anlaşılmazlıq və məhsulun keyfiyyəti ilə qiyməti arasında yaranan mübahisə olub/Report.