XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

23 Avqust 2018 - 13:12

Sumqayıtda yol qəzası baş verib –Ölən və yaralanan var

Sumqayıt şəhərində yol qəzası baş verib. 

Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, avqustun 22-də saat 15 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Amil Abbasov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən həmyerlisi Əlzamin Mirzəyevi və onun arxasında oturmuş Rəhim Əliyevi vurub.

Nəticədə Ə.Mirzəyev xəstəxanaya aparılarkən yolda ölüb, R.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sumqayıt şəhər Polis idarəsi tərəfindən araşdırma aparılır.