XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

23 Avqust 2018 - 15:22

Tanınmış  vəkil İradə Cavadova Bakı hava limanında saxlanılıb:“Onlar mənim hüquqlarımı pozublar”

 Sərhəd xidməti avqustun 22-də Bakı hava limanında vəkil İradə Cavadova İstanbula gedərkən saxlayıb.

“Sərhəd xidmətinin əməkdaşı mənə ölkədən cıxışıma “stop” qoyulduğunu deyib, amma bunun səbəbini izah etməyib. Mən başa düşə bilmirəm ki, hansı səbəblərə görə mənim çıxışımı yasaq ediblər. Mən qızımla birgə gedirik. Onu uçuşa buraxdılar, məni yox. Heç kəs mənə izah etmir baş verənləri”, – deyə İ.Cavadova Turan agentliyinə bildirib.

Amma sərhdçilər öz rəhbərləri ilə danışıqlar apardıqdan sonra vəkili təyyarəyə buraxıblar. Lakin bundan önjə vəkilin şəxsi əşyalarına baxış keçirilib, və o səfərin məqsədləri bərədə qərəzli sorğu-sual edilib.

“Mən bunu belə qoymayacağam və qayıdandan sonra məni saxlayanların cəzalandırılmasını istəyəcəyəm. Onlar mənim hüquqlarımı pozublar, mənim və ağır stress keçirən övladımın səhhətinə zərər vurublar”, – daha sonra vəkil deyib.

Sərhəd xidmətindən şərh almaq mümkün olmayıb.

Xatırladaq ki, İradə Cavadova hələ 2014-jü ildə 40-dan çox QHT-yə qarşı qaldırılmış jinayət işi üzrə sorğu-sual edilən vətəndaş cəmiyyəti fəallarındandır.