XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

24 Avqust 2018 - 09:25

Dünən ölkədə 78 cinayət törədilib –Axtarışda olan 7 nəfər saxlanılıb (DİN)

Avqustun 23-də Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində 78 cinayət faktı qeydə alınmış, onların da 18-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən  Strateq.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.