XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

27 Avqust 2018 - 18:55

Kəlbəcərdə qızıl mədənində partlayış –Yaralananlar var

Ermənilər tərəfindən qanunsuz istismar edilən Kəlbəcər rayonunun Heyvalı kəndindəki dağ mədənində partlayış nəticəsində yanğın baş verib.
Trend-in məlumatına görə, hadisə yerinə xeyli sayda yanğınsöndürən, hərbi qulluqçular və xilasedicilər cəlb edilib.

Yanğının güclü olması səbəbindən uzun müddət mədənlərə yaxınlaşmaq mümkün olmayıb. Yaralıların bəzilərinin Xankəndi xəstəxanasına təxliyə edildiyi bildirilir. Hələlik ölənlər barədə rəsmi məlumat verilməyib.

O da məlum olub ki, yanğın tam söndürüldükdən və partlayışın fəsadları aradan qaldırıldıqdan sonra əraziyə qondarma rejimin rəhbərliyi gələcək.

Qeyd edək ki, ermənilər işğal etdikləri Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis və qızıl yatağının kəşfiyyat və istismarı məqsədilə 2003-cü ildən “Base Metals” adlı şirkət yaradıblar.