XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

27 Avqust 2018 - 21:42

İsmayıllıda ağır yol qəzası- Ölən və yaralananlar var

İsmayıllı rayonunda yol qəzası baş verib.

“Report”un Şirvan bürosunun xəbərinə görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 24-cü kilometrliyində qeydə alınıb.

Belə ki, İsmayıllı rayonunun Ruşan kənd sakini İslam Mahir oğlu Şirinovun idarə etdiyi “VAZ-2107” markalı 90-GL-092 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun sol hissəsində dayanmış rayon sakini Tahir Ağasadıq oğlu Məmmədova məxsus “QAZ-53” markalı 31-BC-546 dövlət nömrə nişanlı yük avtomobilinə çırplıb.

Qəza nəticəsində minik maşını iki hissəyə bölünüb. İ.Şirinov aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində keçinib. Avtomobildə olan sərnişinlər – Nazxanım Yolçu qızı Məmmədova və onun qızı Elvira Afəddin qızı Məmmədova ağır xəsarətlərlə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.