XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

28 Avqust 2018 - 17:14

Tərtərdə avtobus sürücüləri arasında kütləvi dava olub –4 nəfər xəsarət alıb

Tərtər rayonunda şəhərdaxili sərnişin daşıması ilə məşğul olan marşrut avtobusunun sürücüləri arasında kütləvi dava baş verib.

“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, dava zamanı Tərtər rayon sakinləri Səvdimalı Əsədov, Feyruz Əsədov, Azər Nağıyev və Namiq Burcəliyev xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəyə səbəb sürücülərin bir-birinin marşrut xətlərinə daxil olmasıdır. Belə ki, şəhərdaxili sərnişin daşımada xətt rəhbərləri olan Azər Nağıyev və Səvdimalı Əsədov bir-birinin hərəkət istiqamətinə daxil olduğunu iddia edərək əvvəlcə mübahisə ediblər. Nəticədə dava düşüb.

Hadisəni Tərtər rayon Polis şöbəsindən də təsdiq ediblər. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.