XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

29 Avqust 2018 - 12:32

Bakıda ağır yol qəzası:ölən və yaralanan var

“Report” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, avqustun 28-də saat 18 radələrində Bakı şəhər sakini Tarıyel Babayevin idarə etdiyi “Ford” və Sumqayıt şəhər sakini Rüfət Məhərrəmovun idarə etdiyi “Volkswagen” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib, R.Məhərrəmov orada ölüb, T.Babayevə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Sabunçu rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.