XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

23 Aprel 2015 - 13:44

“KapitalBank”ın 3 filialında korrupsiya aşkarlandı – RƏSMİ

“KapitalBank” Açıq Səhmdar Cəmiyyətinin “İmişli”, “Şabran və “Biləsuvar” filiallarının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə bankdan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Strateq.az-a daxil olan məlumata görə, aparılmış araşdırmalar zamanı bankın “İmişli” filialının kredit şöbəsinin sabiq əməkdaşları Zaur Əzizov, Maqsud Yaqubov və baş xəzinədar Seymur Qasımovun xidməti vəzifələrinin icrası ilə əlaqədar vəzifə səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq saxta kredit müqavilələrinin rəsmiləşdirilməsi, kredit məbləğlərinin müştərilərə tam həcmdə verilməməsi, kreditlərin ödənişə qəsdən yönəldilməməsi, bankın “Şabran” filialının sabiq mütəxəssisi Ceyran Orucovanın vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə müştərilərin şəxsiyyətini təsdiq edən sənədləri müvafiq qaydada yoxlamadan 295 rayon sakininə 305 ədəd ödəniş kartı hazırlatması, bankın “Biləsuvar” filialının sabiq baş xəzinədarı Nəriman Cəfərov və əməliyyatçısı Pərviz Əzizovun isə qabaqcadan əlbir olaraq vəfat etmiş rayon sakininin adına olan plastik kartdan pul vəsaitlərini məxaric etmələri yolu ilə vətəndaşların və bankın hüquqlarına, qanuni mənafelərinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.