XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

23 Aprel 2015 - 15:39

200 kəndlinin adına kredit götürən qadın həbs edildi

200 kəndlinin adına kredit götürən qadın həbs edildi

Daxili İşlər Nazirliyi virtualaz.org saytının 22.04.2015-ci il tarixli sayında yerləşdirilmiş “178-ci maddə, ələkeçməz Pərvanə və çarəsiz qalan 200 kəndli…” başlıqlı yazıya münasibət bildirib.
DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib ki, Qazax rayon sakini Xatirə Əsgərovanı və qeyrilərini aldadaraq onların müxtəlif banklardan kreditlə götürdükləri külli miqdarda vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən Pərvanə Səfərovanın hələ də tapılmaması barədə səslənən fikirlərdə yanlışlıq var: “Bu məsələ ilə bağlı Qazax Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanıb. Müstəntiq tərəfindən Pərvanə Səfərovanın həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilib, istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib.
Aprelin 15-də Pərvanə Səfərova Qazax RPŞ əməkdaşları tərəfindən saxlanılıb və məhkəmə tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri, o cümlədən vətəndaşlara dəyən külli miqdarda ziyanın ödətdirilməsi istiqamətində tədbirlər davam etdirilir”.