XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

31 Avqust 2018 - 21:42

Romada tarixi kilsənin damı uçub

 

 

Roma şəhərinin mərkəzində yerləşən XVI əsrə aid tarixi kilsənin cümə axşamı damı uçub.

Müqəddəs Cuzeppe De Faleqnami kilsəsində adətən yalnız toy mərasimləri keçirilir, günün başqa vaxtlarında isə ictimaiyyətə bağlı olur. Hadisə yerinə çağrılmış xilasetmə qrupu heç kimin xəsarət almadığını bildirib.

Əyalət rəsmisi Marsello Lombardini isə heç bir tələfatın olmadığını deyib.

Kilsə Roma Forumunun qərbində, Piazza Venesiyanın yanında yerləşir. (Amerikanın Səsi)