XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Fevral 2016 - 12:48

Polislərə xəsarət yetirənlərlə bağlı qərar – Məhkəmə

444Bakıda polisləri bıçaqlayan şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib.

Strateq.az Lent.az-a istinadən xəbər verir ki, fevralın 2-nə keçən gecə Sabunçu qəsəbəsi, Şəhər şosesində yerləşən “Emin” kafesində dava-dalaş salan və daha sonra onları polis bölməsinə dəvət edən polisləri bıçaqlayan Beyləqan rayon sakinləri – 1987-ci il təvəllüdlü Dəyanət Muradov, əvvəllər məhkum olunmuş, 1986-cı il təvəllüdlü İlham Məmmədov və Ağcabədi rayon sakini, 1986-cı il təvəllüdlü Fariz Məlikov barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Onlar Kürdəxanı təcridxanasına göndəriliblər.

Qeyd edək ki, məlum hadisə zamanı ictimai qaydanı kobud surətdə pozaraq xuliqanlıq edən şəxslər bıçaqla polis əməkdaşlarına hücüm edərək polis kapitanı Ağaəli Ələkbərliyə, polis serjantları Elnur Şərifova və Bəxtiyar Abbasova bədən xəsarətləri yetiriblər.