XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

04 Fevral 2016 - 13:38

Omoluların maraqlı müdafiə strategiyası: Alt dodağa taxılan “namus diskləri”

tarihi_olaylar_omo-jpg_31575640_1445718050İnsan övladının özünüqoruma strategiyasının hüdudları yoxdur. Müxtəlif zamanlarda müdafiə ehtiyacı insanı ən ağlasığmaz metodlara əl atmağa vadar edib. Yağı əlində lojistik imkana çevrilməsin deyə, zaman-zaman müxtəlif şəhər və qəsəbələr öz hökmdarları tərəfindən yerlə yeksan olunub, əkin yerləri yandırılıb, bir müddət əvvəl tikilən bahalı körpülər dağıdılıb. Əsir düşməmək üçün əsgər intiharları bir nömrəli döyüş tapşırığı olub.

Ən maraqlı müdafiə strategiyası isə Afrikanın Etiyopiya ölkəsində qeydə alınıb. Ölkənin Omo vadisinin sakinləri düşmən əlinə keçməsin deyə, öz xanımlarını evliliklərinin ilk günündən çirkinləşdirmək yolunu tutublar. Bəzi versiyalara görə, Omo kişiləri bu məqsədlə xanımlarının alt dodaqlarına dəyirmi disklər keçiriblər. Zamanla bu disklər kiçik ləyən həddinə qədər böyüdülüb.

Omoluların bu namuspərvərliyi qanlarına elə hopub ki, qadınların alt dodaqlarına keçirilən bu disklər artıq o bölgədə gözəllik aksesuarı kimi qəbul edilib. “Namus diskli” xanımlar bu “ləyənlərin” əsl məqsədini belə anlamadan onu dodaq sırğası kimi daşıyırlar.

Heydər

Strateq.az