XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2018 - 15:12

İrandan Gürcüstana aparılan 41 kq narkotik maddə Azərbaycanda saxlanıldı –Gömrükdə əməliyyat + VİDEO

“Daxil olan əməliyat məlumatı əsasında Ukrayna Respublikası vətəndaşının idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsi Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasından Gürcüstana yüksüz gedərkən Astara gömrük-sərhəd buraxılış məntəqəsində əməliyatçılar tərəfindən saxlanılıb”.

Strateq.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, əməliyat məlumatının yoxlanılması məqsədilə nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilib:

“Bu zaman yük nəqliyyat vasitəsinin dartıcısının tavan hissəsində dördkünc formalı şübhəli cizgilər müşahidə olunub. Yoxlama zamanı, dartıcının tavan hissəsində, xüsusi düzəldilmiş yerdə gömrük nəzərətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü cəmi 40 ədəd yastı dördkünc formalı bağlama aşkar olunub. Sonra həmin bağlamalar açılıb və hər bir bağlamanın içərisində kəskin iyli, tünd qəhvəyi rəngli, narkotik vasitə olan tiryək aşkarlanıb. Qablaşdırılmış bağlamaların ümümi çəkisinin 41 kiloqram 400 qram olduğu müəyyən edilib”.

Faktla bağlı araşdırma aparılır.