Amerikanın Ohayo ştatının Klivlend şəhərindəki gecə klublarından birində atışma baş verib.
Bu barədə yerli hakimiyyət orqanlarına istinadən CBS məlumat yayıb.
Bildirilir ki, silahlı insident nəticəsində 1 qadın ölüb, daha 7 nəfər yaralanıb.
Polisin məlumatına görə, hadisə “X-Rated” klubunda qeydə alınıb. Burada dava sonradan atışma ilə nəticələnib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Hazırda hadisənin bütün təfərrüatları müəyyənləşdirilir/Report.