XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2018 - 17:07

Yevlaxda zəncirvari yol qəzası –Ata və qızı xəsarət alıb

Mingəçevir – Xaldan yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində zəncirvari yol qəzası baş verib.

Qəza zamanı “Oka” markalı avtomobil mikroavtobusla, ardınca isə “VAZ-2109” markalı avtomobil ilə toqquşub və yoldan çıxaraq aşıb.

Nəticədə “Oka”nın 1962-ci il təvəllüdlü sürücüsü Orucov Əmir Duman oğlu və onun 2002-ci il təvəllüdlü qızı Orucova Zəhra müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır/Report.