XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2018 - 18:38

Mingəçevirdə minik avtomobili mikroavtobusla toqquşdu –Yaralananlar var + Adlar

Mingəçevirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Mingəçevir-Xaldan avtomobil yolunda baş verib.

Belə ki, “Slavutiç” markalı minik avtomobili “Merсedes” markalı mikroavtobusla toqquşaraq yoldan çıxıb və aşıb. Hadisə nəticəsində 3 nəfər – sürücü, 1962-ci il təvəllüdlü Orucov Əmir Duman oğlu, 2002-ci il təvəllüdlü Orucova Ləman Əmir qızı və 2018-ci il təvəllüdlü Orucova Fatimə Royal qızı xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report.