XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2018 - 22:35

Gəncədə iki avtomobil toqquşdu –Xəsarət alan 2 nəfər xəstəxanaya yerləşdirildi

Gəncə-Samux avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun Gəncə şəhərindən keçən ərazisində qeydə alınıb.

Belə ki, “Niva” markalı avtomobillə “QAZ-3110” markalı avtomobil toqquşub. Hadisə nəticəsində Samux rayon Qovlar kənd sakini, 1980-ci il təvəllüdlü Rəşad Gəray oğlu Xəlilov və onun həmyaşıdı Şaiq Elxan oğlu Əhmədov xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Əraziyə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbləri araşdırılır/Report.