XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2018 - 19:16

Braziliyada 200 illik muzey yandı –FOTO

  

Braziliyanın ən qədim muzeylərindən olan 200 illik Milli Muzeyində bazar günü baş verən yanğın 20 milyondan çox tarixi əsəri məhv edib.

Braziliya prezidenti Mikel Temer hadisəni Braziliya tarixinin ən faciəvi günlərindən biri adlandıraraq bildirib ki, yanğın nəticəsində 200 illik araşdırma və məlumatlar kül olub.

Muzeyin bağlanmasından sonra başlayan yanğında ölən və ya yaralanan olmayıb.

Yanğınsöndürənlər hadisənin baş verdiyi yerə yaxın iki supaylayan kranın suyu bitənə qədər yanğını nəzarətə almağa çalışıb. Yanğından mühafizə şöbəsinin sözçüsü bildirib ki, yaxınlıqdakı göldan su toplamaq üçün yük maşınının göndərilməsinə ehtiyac yaranıb.

Muzey rəsmiləri qeyd ediblər ki, onlar hadisədən bir neçə gün əvvəl binanın yanğın təhlükəsizlik sisteminin yenidən qurulması üçün lazım olan vəsaiti toplamağa nail ola bilmişdilər.