XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 September 2018 - 00:12

Sabirabadda avtomobil piyadanı vurdu –30 yaşlı kişi xəstəxanaya aparılarkən ölüb

Sabirabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, rayonun 1988-ci il təvəllüdlü Şıxsalahlı kənd sakini Paşayev Xəyal İmran oğlu sözügedən kənddə yolu keçərkən onu maşın vurub.

Ağır bədən xəsarətləri alan piyada Şirvan Şəhər Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır/Report.