XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2018 - 14:58

Gürcüstanda ağır yol qəzası olub –9 azərbaycanlı xəsarət alıb

Gürcüstanda Qırmızı körpü avtomagistralında ağır yol qəzası olub.

“Report”un Gürcüstan bürosunun xəbərinə görə, yolun Rustavi şəhərindən keçən hissəsində şəxsi marşrut taksisi və “Lada” markalı minik maşını toqquşub. Nəticədə 9 azərbaycanlı xəsarət alıb.

Xəsarət alanların qohumlari “Report”a bildiriblər ki, marşrut taksisində olan 8 azərbaycanlı Lecbəddin kəndindən Tbilisiyə yas mərasiminə gedirmişlər.

Xəsarət alanlar Rustavi Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qəzada xəsarət alan azərbaycanlılardan 8-i Gürcüstan, biri Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının bud-çanaq hissəsindən ağır travma aldığı bildirilir.