XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

06 Sentyabr 2018 - 16:49

Gənc oğlan qayınatası tərəfindən bıçaqlandı –Lənkəranda

Lənkəran şəhərində gənc qayınatası tərəfindən bıçaqlanıb.

Hadisə barədə polis şöbəsinə xəsarət alan şəxs özü zəng vuraraq məlumat verib.

Hadisə yerinə polis əməkdaşları gəlib. Özünü Mirsaleh Kişiyev kimi təqdim edən gənc Lənkəran sakini olduğunu, qayınatası tərəfindən bıçaqlanaraq Nərimanabad qəsəbəsi ərazisində dəniz kənarında köməksiz vəziyyətdə buraxıldığını deyib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M.Kişiyevə boynunun sol nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Yaralı çoxlu qan itirdiyindən vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.