XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2018 - 12:26

Su polisi Xəzərdə reydlərə başlayıb –10 tona yaxın qanunsuz balıq tutularaq müsadirə edilib

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları balıq mövsümünün başlanması ilə əlaqədar olaraq Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olanlar və qeyri-qanuni işlər görənlərə qarşı reydlərə başlayıb.

Su Nəqliyyatında Polis İdarəsindən Trend-ə verilən məlumata görə, qanunu pozanlara qarşı Cinayət Məcəlləsi ilə uyğun olan cəza və cərimələr tətbiq olunacaq. Su Polisi vətəndaşları əhalini xəbərdarlıq edir və AR-nın qanunlarına riayət etməyə səsləyir.

Qeyd edək ki, bu gündən start götürən reydlər bir ay müddətinə davam edəcək. Açıqlamada o da bildirilir ki, cari il müddətində balıq ovu ilə əlaqədar bəzi qanun pozuntularına rast gəlinib. Belə ki, il ərzində qanunsuz balıq ovu ilə əlaqədar olaraq 96-cı (AR CM-nin 256-cı) maddəsi ilə cinayət işi açılıb və 9 ton 599 kq qanunsuz balıq tutularaq müsadirə edilib.

Qırmızı kitaba düşmüş quşların qanunsuz ovu ilə bağlı 3 fakt aşkarlanıb.