XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

08 Fevral 2016 - 12:41

Avtomatla silahlanmış maskalı şəxslər fermaya basqın edib – Polisdən açıqlama

atishmaAğstafada fermaya silahlı basqın olub.

Bu barədə apa.az-a zərərçəkən sahibkar İsrafil Abdullayev məlumat verib.

Onun sözlərinə görə, fevralın 3-də gecə saatlarında avtomatlı və maskalı 4 nəfər atlı ona məxsus fermaya basqın edib.

Maskalı şəxslər fermada olan çobanlar – 1970-ci il təvəllüdlü Qabil Məmmədov və 1986-cı il təvəllüdlü Ayaz Abdıyevi otağa salaraq qapını arxadan bağlayıb, 40 baş iri və xırda buynuzlu heyvanı aparıblar.

Sahibkarın dediyinə görə, hadisə baş verən günün səhəri çobanlarla birgə heyvanların izinə düşüblər:

“Heyvanların ayaq izləri bizi Gürcüstan sərhədinə apardı. Belə məlum olur ki, oğurlanan mal-qaranı Gürcüstana keçiriblər”.

İ.Abdullayev qeyd edib ki, baş vermiş hadisə ilə bağlı polis və prokurorluq orqanlarına, həmçinin Gürcüstanın hüquq-mühafizə orqanlarına məlumat verilib.

Ağstafa rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hazırda Dövlət Sərhəd Xidməti ilə birgə araşdırmalar davam etdirilir.