XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

08 Sentyabr 2018 - 16:06

Azərbaycanda aktyor toyda bıçaqlandı- Ürəyindən

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Aşağı Cürəli kəndində qeydə alınıb.

Məlumata görə, həmin kənddə keçirilən toy mərasimində 1975-ci il təvəllüdlü Mahir Mirişli ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, Mahir Mirişli aktyordur, bir sıra kino və teleseriallarda çəkilib, televiziyalarda dublyajçı kimi çalışıb. O, Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. Hazırda Bakı şəhərində yaşayır və Biləsuvarda qohumlarından birinin toy mərasimində iştirak edirmiş.

Faktla bağlı araşdırma aparılır.