XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

10 Sentyabr 2018 - 13:16

Çində daha bir internet məhkəmə açıldı – Proses videoyayım vasitəsilə onlayn keçiriləcək

 

Çin ərazisində ikinci internet məhkəmə Pekində açılıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu məhkəmə növü iddiaçı və cavabdehin iştirakını nəzərdə tutmur. Bütün məhkəmə prosedurlarını instansiyanın saytında həyata keçirmək olar. Məhkəmə dinləmələri və hökmün çıxarılması, həmçinin real vaxt rejimində videoyayım vasitəsilə onlayn keçiriləcək.

Məhkəmədə internetlə bağlı işlərə (məsələn, onlayn ticarətdə fırıldaqçılıq halları, onlayn borc müqavilələri üzrə mübahisələr, müəllif hüquqlarının pozulması və sair) baxılacaq.

Çində ilk internet məhkəmə ötən ilin avqustunda Çjeszyan əyalətinin Xançjou şəhərində açılıb.